Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən Azərbaycanda idmanın inkişafında və müasir gəncliyin formalaşmasında müstəsna rola malik olan Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubiley tarixinin əbədiləşdirilməsi məqsədilə tədavülə nominal dəyəri 5 manat təşkil edən gümüş yubiley pul nişanı buraxılıb.
ONA AMB-yə istinadən xəbər verir ki, yubiley pul nişanı “Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin 30 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 mart 2022-ci il tarixli Sərəncamından irəli gələrək hazırlanıb və buraxılış limiti 200 ədəd olmaqla Milli Olimpiya Komitəsinin sifarişi əsasında müəyyən edilib. Bu pul nişanlarının Milli Olimpiya Komitəsinə satışı təmin edilib.