Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101473S dövlət qeydiyyat nömrəli, 250 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
ONA-nın BFB-yə istinadən verdiyi məlumata görə, hərrac zamanı 10 investor tərəfindən qiyməti 99,3432 AZN (8,50%) ilə 99,4581 AZN (7,01%) arasında olan 18 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 371 307 200 AZN olub.
AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 99,4581 AZN (7,01%), orta ölçülmüş qiyməti isə 99,4581 AZN (7,01%) səviyyəsində müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 mln. AZN təşkil edib. Notların ödəmə tarixi 01.05.2019-cu il.