• İQTİSADİYYAT

    17:40 30 sentyabr 2019

Mərkəzi Bankın valyuta ehtiyatlarının idarə olunmasından bu il əldə əldə edəcəyi gəlir açıqlanıb

Bu ilin sonunadək Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının idarə olunmasından əldə etdiyi gəlirlərin həcmi təxminən 200 mln. ABŞ dolları təşkil edəcək.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, hazırda Mərkəzi Bankın valyuta ehtiyatları 6 mlrd. dollardan çoxdur: "Ehtiyatlarımızın bazara müdaxiləsi olduqca cüzidir, məhz ona görə də onlar konservativ şəkildə artır. Başlıca mənbə bütövlükdə valyuta ehtiyatlarının idarə olunmasından əldə olunan gəlirlərdir".

E. Rüstəmov əlavə edib ki, ehtiyatların artırılması bankın başlıca məqsədi deyil. Əksinə, AMB-nin valyuta ehtiyatlarının neytrallığı onu göstərir ki, bank bazara müdaxilə etmir.

"Yəni, bank nə bazara valyuta satır, nə də alır. Yalnız çox lazımi hallarda müəyyən səbəblərdən – məsələn, bank sektorunun likvidliyini təmin etmək lazım olduğu halda, bankların valyutası olduğu, manata isə ehtiyac duyduğu haldı. Belə hallarda biz müəyyən banklara köməklik edirik", - deyə E. Rustəmiv qeyd edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR