May ayının 10-dan etibarən "Bakı Metropoliteni" QSC-nin maşinistləri yeni geyim formaları ilə təmin olunacaqlar.
ONA-nın xəbərinə görə, bunu "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.
Onun sözlərinə görə, yeni geyimlər artıq yeni işə götürülmüş maşinistlərə verilir.
"Ən gec may ayının 10-dan etibarən maşinistlər yeni geyim forma ilə təmin olunacaq. İlin növbədə, yeni işə götürülən maşinistlər, sonra isə digərləri yeni forma ilə təmin olunacaqlar. Yeni formalar Azərbaycanda istehsal olunur", - deyə H.Məmmədov bildirib.