Görmə qüsurlu və fiziki məhdudiyyətli insanların metrodan istifadəsi asanlaşacaq. Əvvəllər bu sahədə heç bir yanaşma olmamışdı. Lakin hazırda təmirdən yeni çıxan “Sahil”, “Xətai” və “Bakmil” stansiyalarda görmə qüsurlu və fiziki məhdudiyyətli insanlar üçün xüsusi işlər aparılıb ki, onlar metrodan asanlıqla istifadə edə bilsinlər.
ONA-nın məlumatına görə, bunu “Bakı Metropoliteni” QSC-nin sədrinin müavini Hidayət Məmmədov bildirib.
“Aldığımız yeni nəsil vaqonlarda zavodda inşası zamanı fiziki qüsurlu insanların rahat istifadəsi üçün əksər məsələlər nəzərə alınıb. Lakin istifadədə olan köhnə qatarlarda bu şərait yoxdur. Ona görə fiziki qüsurlu insanlar üçün köhnə qatarlarda da xüsusi oturacaqlar quraşdırılacaq. Artıq 18 qatarda bu tip oturacaqlar quraşdırılıb”, - deyə H. Məmmədov bildirib.