“Microsoft” şirkəti yanvarın 14-dən etibarən “Windows 7” əməliyyat sisteminin proqram təminatını dayandıracaq.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi internet səhifəsində yerləşdirilib.
Bildirilib ki, istifadəçilərin əməliyyat sisteminin versiyasını dəyişə bilməsi üçün hələ 10 günü var. Bundan sonra isə “Windows 7” əməliyyat sistemi lazımi təhlükəsizlik səviyyəsini və yenilənmələri əldə edə bilməyəcək.
“Bu əməliyyat sistemi 10 il əvvəl yaradılıb və o zaman kibertəhlükələr tamam başqa səviyyədə idi. Yeni növ kiberhücumlar və ya texnologiyalar çıxdığından “Windows 7”-nin risklər qarşısında fəaliyyətinə yenidən baxmağa gətirib çıxardı. “Windows 10”-nun yaradılması zamanı əsas prinsip kimi məhz kibertəhlükəsizlik müdafiələri və yeni növ hücumlara qarşı tab gətirmək nəzərdə tutuldu”, - deyə məlumatda qeyd olunub.
Məlumatda o da qeyd olunub ki, “Windows 7” əməliyyat sisteminə texniki dəstəyin dayandırılması kibertəhlükəsizlik prinsiplərini risk altında qoymuş olacaq.