• İQTİSADİYYAT

    12:23 3 iyun 2019

MİDA "Güzəştli mənzil" sistemində dəyişikliklər aparıb

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 469 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişikliklər edilib.

ONA-nın MİDA-ya istinadən verdiyi məlumata görə, ölkə başçısının bu Fərmanının icrasını təmin etmək məqsədilə Agentlik tərəfindən “Güzəştli mənzil” sistemində müvafiq zəruri dəyişikliklər aparılıb.

Belə ki, istifadəçilərin elektron kabinetlərində ilkin razılıq qərarı və gözləmə qaydasında mənzil seçimi bölmələri yerləşdirilib.

Yaxın vaxtlarda istifadəçilərə ilkin razılıq qərarının alınması məqsədilə agent banklara müraciət etmələri üçün məlumat veriləcək.

Bununla yanaşı, ilkin razılıq qərarının alınması və gözləmə qaydasında mənzil seçimi ilə bağlı yazılı və video təlimatlar vətəndaşlara təqdim ediləcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR