• İQTİSADİYYAT

    18:13 11 aprel 2019

MİDA: Hövsan Yaşayış Kompleksində 6 yeni bina tikilib

Hövsan Yaşayış Kompleksində tikintisi nəzərdə tutulan 7 mərtəbəli binalardan 6-sı üzrə tikinti-quraşdırma işləri başa çatdırılıb.

Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) ONA-ya verilən məlumata görə, paralel olaraq digər 5 binanın tikintisi də sürətlə davam etdirilir.

Kompleks 3 minə yaxın ailəni mənzillə təmin edəcək ərazisində 1 920 şagird yerlik orta məktəb, hər biri 90 yerlik olmaqla iki uşaq bağçası, tibb mərkəzi və digər sosial-ictimai obyektlər tikilərək istifadəyə veriləcək. Ümumilikdə Kompleks 11 çoxmənzilli yaşayış binasından ibarətdir. Bunlardan yeddisinin yeddimərtəbəli on səkkiz girişli, dördünün isə onmərtəbəli bir girişli olması nəzərdə tutulur.

Azərbaycan Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycanda uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilən tədbirlər planına uyğun olaraq Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi dövlət-özəl tərəfdaşlığı layihələrini həyata keçirir. Ötən müddət ərzində MİDA tərəfindən çoxmənzilli yaşayış binalarının tikintisi, telekommunikasiya infrastrukturunun yaradılması və ticarət mərkəzinin inşası üçün 3 investor cəlb olunmuş və nəzərdə tutulan 18 milyon manata yaxın investisiya vəsaitinin 11 milyon manat hissəsi uğurla reallaşdırılmışdır.

Bununla yanaşı, Yasamal Yaşayış Kompleksində (15,4 ha) 12 binanın tikintisi üçün MİDA tərəfindən 4-cü özəl investor cəlb olunub. Şirkətin 12 binanın tikintisi üçün investisiya qoyuluşunun ümumi həcminin 40 milyon manata yaxın təşkil edəcəyi nəzərdə tutulur.

Qeyd edək ki, Yasamal Yaşayış Kompleksinin 1-7 saylı binaları üzrə “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsi ilə həyata keçirilən satışların nəticəsində ümumilikdə 430 nəfər güzəştli mənzilə sahib olmuşdur. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə vətəndaşlara təhvil verilmişdir. Güzəştli şərtlərlə əldə edilmiş 430 mənzildən 94-ü 1 otaqlı, 229-u 2 otaqlı, 107-si isə 3 otaqlıdır.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR