• İQTİSADİYYAT

    03:04 28 may 2019

Mikro sahibkarların inkişafı sənaye məhəllələrinin yaradılmasının məqsədlərindən biri olacaq

Nazirlər Kabineti “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edib.

ONA-nın məlumatına görə, dəyişiklik sənaye məhəlləsinin yaradılmasının məqsədi ilə bağlıdır.

Əsasnaməyə əsasən, indiyə qədər sənaye məhəlləsinin yaradılmasının məqsədi sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsindən və əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasından ibarət olub. Dəyişikliyə əsasən, bundan sonra qədər sənaye məhəlləsinin yaradılmasının məqsədi həm də sənaye və xidmət sahələrində fəaliyyət göstərən mikro sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsindən ibarət olacaq.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR