• İQTİSADİYYAT

    15:10 18 mart 2019

Millət vəkili: "Azərbaycanda elektrik şəbəkəsinə qoşulma proseduru Avropadakından asandır"

Ölkədə elektrik şəbəkəsinə qoşulma prosedurların asanlaşdırılması bu göstəriciyə görə Azərbaycana Avropanın inkişaf etmiş ölkələrini qabaqlamağa imkan verəcək. ONA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı, iqtisadçı ekspert Tahir Mirkişili jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, aparılan təhlillər göstərir ki, Azərbaycanda “Elektron hökumətin” inkişafı elektrik şəbəkəsinə qoşulma prosedurlarının sayını daha da azaldılmasına, günlərin isə daha qısaldılmasına imkan yaradıb.

“Müqayisə üçün deyim ki, bu gün tətbiq olunmuş proqram nəticəsində Azərbaycanda elektrik şəbəkəsinə qoşulma prosedurlarının sayı 2-yə, qoşulma müddəti isə 20 günə enəcək, bu da bir çox hallarda hətta Avropanın inkişaf etmiş ölkəsi olan Avstriyanı qabaqlamağa imkan verəcək. Hazırda Avropada qoşulma prosedurların sayı 5, günlərin sayı isə 23-dür, biz bu prosedurların sayında kifayət qədər irəliləyiş edə biləcəyik. İnanıram ki, Dünya Bankınən növbəti ildə “Douing Buisiness” hesabatında bu prosedurlar Azərbaycana daha çox imkan verəcək”, - deyə T. Mirkişili bildirib.

Millət vəkilinin sözlərinə görə, elektrik şəbəkəsinə qoşulma "Doing Business" hesabatında xüsusi kateqoriyada göstərilir və məhz elektrik şəbəkəsinə qoşulma prosedurunun sadəliyi və vaxtın sərf olunması, eyni zamanda ona tələb olunan vəsaitin kiçik olması ölkədə sahibkarlığın inkişafı üçün çox mühüm amillərdən biridir: “Dünya Bankının apardığı tədqiqatlar da bu istiqamətdədir. Azərbaycan son 5 il ərzində çox mühüm bir yol qət edib və keçən il ərzində göstəricini xeyli yaxşılaşdırıb. Belə ki, keçən il dərc olunmuş “Douing Business” hesabatında bu göstərici üzrə Azərbaycan dünyanın 25-ci ölkəsi olub ki, bu da ölkəmiz üçün böyük bir uğurdur. Amma eyni zamanda alt kateqoriyalarda bir çox göstəricilər var ki, onların yaxşılaşdırılmasına ehtiyac var”.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR