• İQTİSADİYYAT

    13:50 5 mart 2019

Milli Məclisdə Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik layihəsi qəbul edilib

Milli Məclisin bugünkü plenar iclasında Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub.

ONA-nın xəbərinə görə, layihə barədə deputat Əli Hüseynli məlumat verib.

O bildirib ki, dəyişikliyə əsasən, dövlət qurumları tərəfindən tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması, habelə tikinti fəaliyyəti sahəsində göstərilən digər xidmətlərə görə haqq ödəniləcək.

Tikintiyə icazə verilərkən öncə tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olub-olmaması barədə rəy əsas götürüləcək. Müvafiq icra hakimiyyəti orqanı 5 iş günü müddətində rəy verməlidir. Tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Şəhərsalma və Tikinti Məcəlləsinə, o cümlədən ərazilərin zonallaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olmaması barədə rəy tikintiyə icazə verilməsindən imtina üçün əsasdır.

Müzakirələrdən sonra Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik layihəsi səsə qoyularaq, qəbul edilib.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR