• İQTİSADİYYAT

    12:48 30 may 2019

Milyonerlər daha çox hansı ölkələrə köçür? - TOP-12

Ekspertlərin apardığı hesablamalara görə, 2018-ci ildə dünyanın 108 milyoneri yaşadığı yeri dəyişib. Bu isə əvvəlki ilə nisbətən (95 min milyoner) 14% çoxdur.

ONA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, milyonerlər yaşadığı yerləri müxtəlif səbəblərə görə dəyişirlər: kimi siyasi və iqtisadi qeyri-sabitlikdən qaçır, kimi isə daha əlverişli vergi rejiminə görə yaşadığı məkanı dəyişir.

Siyahının ilk pilləsində Avstraliya qərarlaşıb. Ötən il bütün dünyadan yaşayış üçün bu ölkəyə 12 min milyoner gəlib. Sözügedən ölkənin digər qitələrdən xeyli aralı olması, həmçinin rəqabətqabiliyyətli iqtisadiyyatın və Asiya və Sakit Okean regionunun bazarlarına çıxışın mövcudluğu zəngin insanları özünə cəlb edir.

Reytinqin ikinci yerini isə ABŞ tutur. Bu ölkəyə köçən milyonerlər əsasən Nyu-York, Mayami və San-Fransisko kimi şəhərlərə üstünlük veriblər. Ötən bu şəhərlərə 1 mindən çox milyoner köçüb ki, bu da reytinqdə yer almış bəzi ölkələrə gələn ümumi milyonerlərin sayına bərabərdir.

Reytinqin ilk üçlüyünü Kanada tamamlayır. Ötən il 4 minə yaxın milyoner bu ölkəyə köçüb. Digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Kanadada da xidmətlər sektoru üstünlük təşkil edir. Sözügedən sahədə kanadalıların ¾-ü məşğuldur. Kanada digər inkişaf etmiş ölkələrdən xammal sektorunun əhəmiyyəti ilə seçilir. Meşə təsərrüfatı və neft sənayesi ölkənin ən mühüm sahələri hesab edilir.

Milyonerlərin köçdükləri TOP-12 ölkə:

#

Ölkə

2018-ci ildə ölkəyə gələn milyonerlərin sayı

1

Avstraliya

12 000

2

ABŞ

10 000

3

Kanada

4 000

4

Karib hövzəsi ölkələri

2 000

5

İsveçrə

2 000

6

BƏƏ

2 000

7

İspaniya

1 000

8

Portuqaliya

1 000

9

Yunanıstan

1 000

10

İsrail

1 000

11

Yeni Zelandiya

1 000

12

Sinqapur

1 000

ONA

Teqlər:

SON XƏBƏRLƏR