Belarusun paytaxtı Minskdə ATƏT-in Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun ikinci beynəlxalq konfransı işə başlayıb.
ONA “Minsk-Novosti”yə istinadən xəbər verir ki, konfransda "Bir kəmər, bir yol" təşəbbüsünün reallaşdırılması və bir sıra beynəlxalq infrastruktur layihələri müzakirə ediləcək.
Bildirilir ki, konfransda 20-dən artıq ölkənin parlament üzvləri ticarətdə maneələrin aradan qaldırılması, sərmayə əməkdaşlığının inkişafı, iqtisadi məsələlər, humanitar sahədə əməkdaşlıq, turizmin inkişafı ilə bağlı müzakirələr aparacaqlar. Tədbirdə ATƏT-in Parlament Assambleyasının sədri Giorgi Tsereteli iştirak edəcək.
Qeyd edək ki, ATƏT-in Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupu 2017-ci il iyulun 8-də Minskdə yaradılıb. Dəstək qrupuna Azərbaycan, Avstriya, Albaniya, Belarus, Bolqarıstan, Bosniya və Herseqovina, Yunanıstan, Gürcüstan, İspaniya, İtaliya, Makedoniya, Moldova, Monqolustan, Polşa, Rumıniya, Serbiya, Qırğızıstan, Türkiyə, Tacikistan, Ukrayna, Fransa, Xorvatiya, Çernoqoriya və İsveçrə parlamentinin üzvləri daxildir.