"Bizim gündəlik işimizdə mübarizə tədbirlərimizdən biri də ayrı-ayrı maşın hissələrinin ölkəyə gətirilməsi ilə bağlıdır". ONA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, xidmət genaral-mayoru Mirqasım Vahabov deyib.
O bildirib ki, ölkəyə ayrı-ayrı maşın hissələri rüsum ödənilərək gətirilir və Dövlət Gömrük Komitəsi bunun nə məqsədlə gətirilməsini bilmir. Belə ki, ehtiyat hissələri təmir məqsədilə gətirilə bilər: "Amma avtomobil hissələrini gətirib maşın kimi yığması üçün ilk növbədə polis orqanlarından sənəd alınmalıdır. Ölkəyə ehtiyat hissələr gətirilərək, burda maşın yığmaq qeyri-mümkündür".