• İQTİSADİYYAT

    13:52 5 mart 2019

MM Torpaq Məcəlləsinə dəyişikliyi qəbul edib

Milli Məclisin bugünkü plenar iclasında Torpaq Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub.

ONA-nın xəbərinə görə, layihə barədə deputat Eldar İbrahimov məlumat verib.

O bildirib ki, dəyişikliyə əsasən, bina tikintisi üçün müraciət etmiş şəxsə həmin torpaq sahəsində aparıla biləcək tikinti barədə əvvəlcədən xidmət haqqı ödəməklə rəy veriləcək.

Müzakirələrdən sonra Torpaq Məcəlləsinə dəyişiklik layihəsi səsə qoyularaq, qəbul edilib.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR