• İQTİSADİYYAT

    11:21 28 mart 2019

Naxçıvanda mobil ödəniş sistemi sınaqdan keçirilib

"SmartPay" ödəmə sisteminin mobil əlavəsinə təmassız ödəniş texnologiyası inteqrasiya edilib. Bu barədə ONA-ya Məlumat Hesablama Mərkəzindən bildirilib.

İlkin olaraq bu yenilik Naxçıvan Muxtar Respublikasında sınaqdan keçirilib. Cari ilin sentyabr-oktyabr aylarında isə təmassız ödənişlərin aparılması Bakının bəzi ticarət obyektlərində mümkün olacağı gözlənilir.

Qeyd edək ki, "SmartPay" sistemi kommunal, stasionar və mobil telefoniya, internet, kabel televiziyası və digər xidmətlərin ödənişləri üçün nəzərdə tutulub. Hazırda sadalanan xidmətlərin ödənişini "SmartPay" mobil əlavə və ödəmə terminalları vasitəsi ilə aparmaq mümkündür. Ölkə üzrə "SmartPay" ödəmə nöqtələrinin sayı 2 mindən artıqdır ki, onların 1,1 mini poçt şöbələrinin payına düşür. "SmartPay" terminalların ümumi sayı 50-dən çoxdur.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR