Azərbaycan bankları rəqəmsallaşma prosesində MDB-nin digər ölkələrindən geridə qalır.
ONA-nın "Moody’s" beynəlxalq reytinq agentliyinin hesabatına istinadən verdiyi məlumata görə, hazırda Azərbaycanda plastik kartların dövriyyəsi əhalinin gəlirinin təxminən 6%-ni təşkil edir ki, bu göstərici üzrə Azərbaycan yalnız Tacikistanı qabaqlayır.
Ölkə əhalisinin 79%-i internet istifadəçisidir. MDB üzrə isə bu göstərici orta hesabla 68% təşkil edir. Azərbaycan bu göstərici üzrə MDB ölkələri arasında birinci yeri tutur.
Onlayn bank hesablarının sayı isə ümumi bank hesablarının cəmi 7%-ni təşkil edir. Bu göstəriciyə görə isə Azərbaycan MDB ölkələri arasında sonuncudur.
Azərbaycanın regionda mobil rabitə baxımından da regionun digər ölkələrindən bir qədər geridədir. Belə ki, MDB ölkələrində orta hesabla hər 100 nəfərə 136 SIM-kart düşürsə, Azərbaycanda hər 100 nəfərə 103 SİM-kart düşür. MDB məkanında bu göstəriciyə görə Azərbaycan yalnız Moldova, Tacikistan və Özbəkistanı qabaqlayır.