• İQTİSADİYYAT

    11:06 23 may 2019

"Moody's": Azərbaycan iqtisadiyyatı hələ 25-30 il enerji resurslarından asılı olacaq

"Azərbaycanda aparılan iqtisadi islahatlar iqtisadiyyatın elastikliyini və valyuta bazarının sabitliyini dəstəkləmək baxımından müsbət rol oynaya bilər".

ONA-nın xəbərinə görə, bunu Bakıda keçirilən “Moody's”in Azərbaycandakı illik konfransında təşkilatın eksperti Kristian Fanq deyib.

Onun sözlərinə görə, buna baxmayaraq, ölkə iqtisadiyyatının enerji resurslarından asılılığı davam edəcək.

"Son illərdə Azərbaycanda iqtisadiyyatın elastikliyinin və valyuta bazarının sabitliyinin dəstəklənməsində mühüm rol oynaya biləcək müxtəlif iqtisadi islahatlar aparılıb. Bununla belə, Azərbaycan hələ də enerji resurslarından asılıdır. Bənzər vəziyyət növbəti 25-30 ildə də davam edəcək", - deyə K. Fanq əlavə edib.

K. Fanq onu da bildirib ki, Azərbaycanın neftin dövlət büdcəsində müəyyən etdiyi qiyməti hazırda dünya bazarında neftin orta qiymətindən aşağıdır və bu, müsbət haldır.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR