Bu ilin sonunda “Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanda problemli kreditlərin payının ümumi portfeldə 10%-dək azalacağını gözləyir.
ONA-nın xəbərinə görə bunu “Moody's”in Azərbaycan üzrə illik konfransında təşkilatın Maliyyə bazarları üzrə analitiki Pyotr Paklin deyib.
"Azərbaycan Prezidentinin problemli kreditlərin həlli ilə bağlı sərəncamınadək biz problemli kreditlərin payının 2019-cu ilin sonuna 12%-dək azalacağını proqnozlaşdırırdıq. Hazırda biz bu rəqəmin aşağı səviyyədə olacağını düşünürük – təxminən 10%", - deyə P. Paklin bildirib.