• İQTİSADİYYAT

    11:46 23 may 2019

"Moody's": Azərbaycanın aparıcı bankları ilə digərləri arasında fərq böyüyəcək

Son 3-4 il ərzində Azərbaycanın bank sektorunda baş verən hadisələr nəticəsində ölkənin 3 bankı (“PASHA Bank”, “Kapital Bank” və “Xalq Bank”) bazardakı paylarını 35%-dək artırıb.

ONA-nın xəbərinə görə, bunu “Moody's”in Azərbaycan üzrə illik konfransında təşkilatın maliyyə bazarları üzrə analitiki Pyotr Paklin deyib.

P. Paklin deyib ki, bu sektor artıq üçüncü ildir, mənfəət yaradır, lakin bu mənfəət əsasən yuxarıda qeyd olunan üç bank və Azərbaycan Beynəlxalq Bankı tərəfindən yaranır.

"Qalan banklar ümumilikdə dördüncü ildir ki, zərər yaradır", - deyə P. Paklin bildirib.

Ekspertin sözlərinə görə, sözügedən banklarla digərləri arasında mövcud olan fərq böyüyəcək.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR