Bank xidmətlərinin onlayn infrastrukturun inkişafı baxımından MDB bütövlükdə Avropa İttifaqından və digər inkişaf etmiş ölkələrdən geridə qalıb, lakin bu məsafə sürətlə qısalır. ONA-nın məlumatına görə, bu barədə "Moody's Investors Service" reytinq agentliyinin hesabatında deyilir.
Agentliyin qiymətləndirilməsinə görə, bank xidmətlərinin rəqəmsallaşdırılması üzrə MDB məkanında lider Rusiyadır.
Ekspertlərin fikrincə, Rusiya gələcəkdə MDB ölkələri arasında liderliyini qoruyub saxlaya biləcək. Belə ki, ölkədə ödəniş zamanı smartfonlardan istifadə və İnternetdə bank xidmətlərinin yayılması artmaqdadır.