• İQTİSADİYYAT

    16:08 12 aprel 2019

"Moody’s" SGC istiqrazlarının reytinqini "Ba2" səviyyəsində təsdiqləyib

"Moody's" Beynəlxalq Reytinq Agentliyi “Cənub Qaz Dəhlizi”nin (SGC) Azərbaycan hökuməti tərəfindən dəstəklənən qorunmayan istiqrazlarının reytinqini "Ba2" səviyyəsində təsdiq edib.

ONA-nın "Moody's"ə istinadən verdiyi məlumata görə, reytinq üzrə proqnoz isə sabit olaraq qalıb.

Qeyd edək ki, Avropa bazarlarına Azərbaycan qazının çatdırılmasını təmin etmək üçün, Azərbaycan Respublikasının Prezidenti 29 oktyabr 2013-cü il tarixində "Şahdəniz" qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəməri sisteminin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin (birlikdə “Layihələr”) səmərəli şəkildə həyata keçirilməsi ilə bağlı dövlət tərəfindən nəzarət və hərtərəfli kömək göstərilməsini təmin etmək məqsədi ilə Dövlət Komissiyası yaradılması haqqında sərəncam imzalamışdır.

Azərbaycan Respublikasının Prezidenti 25 fevral 2014-cü il tarixində Layihələr üzrə Dövlətə məxsus payların konsolidasiya edilməsi, idarə olunması və maliyyələşdirilməsi məqsədilə “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalamışdır. CQD Dövlət (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) (51%) və SOCAR-ın (49%) təsisçiliyi ilə 31 mart 2014-cü il tarixində yaradılıb.

Emil

Teqlər:

SON XƏBƏRLƏR