“Morgan Stanley” bankının analitiklərinin fikrincə, təchizatın defisiti səbəbindən yaxın bir il ərzində qiymət artımı perspektvi baxımından mis ən çox üstünlük verilən metaldir. ONA-nın bankın rüblük hesabatına istinadən verdiyi məlumata görə, təchizatın azalması fonunda mis 12 ay ərzində bankın üstünlük verdiyi bir seçimdir, bu da 2019-2020-ci illərdə bu metalın defisitinə səbəb olacaq.
İlin əvvəlindən misin bir tonunun qiyməti 6,1% artaraq 6,33 min ABŞ dollarına yüksəib.
“Morgan Stanley”in proqnozlarına baxmayaraq, qeyd etmək lazımdır ki, Azərbaycanda 2019-cu ilin yanvar-fevral aylarında mis filiz və kosentratların istehsalı 4,3 dəfə artaraq 323 ton təşkil edib.