Moskvada 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək
  • İQTİSADİYYAT

  • 18:49 18 Noyabr 2019

Moskvada 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək

Növbəti Rusiya-Azərbaycan Regionlararası Forumu 22-23 noyabr tarixlərində Moskvada keçiriləcək.

"APA-Economics"in Azərbaycan İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, iki gün davam edəcək tədbirdə Azərbaycan və Rusiyanın dövlət rəsmilərinin, deputatların, biznes dairələri nümayəndələrinin iştirakı nəzərdə tutulur. Forum çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının geniş iclası, sənaye, turizm, kənd təsərrüfatı və humanitar sahələr üzrə dəyirmi masalar təşkil ediləcək, forumun plenar iclası keçiriləcək.

Azərbaycan nümayəndə heyətinin Moskvaya səfəri çərçivəsində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində "Azərbaycan" pavilyonunun açılışı olacaq.

OXŞAR XƏBƏRLƏR