2019-cu il martın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5129,9 min nəfər olub, onlardan 4876,0 min nəfərini məşğul əhali təşkil edib.
ONA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari il fevralın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1523,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 862,8 min nəfər, qeyri-dövlət sektorunda isə 661,0 min nəfər təşkil edib.
İqtisadiyyatın neft sektorunda 34,3 min nəfər, qeyri-neft sektorunda isə 1489,5 min nəfər çalışıb.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,9% məhsul istehsalı sahələrində, o cümlədən 7,2% emal sənayesində, 6,6% tikintidə, 3,2% kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,2% mədənçıxarma sənayesində, 1,9% su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 21,9% təhsil, 18,9% ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,6% əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1% dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6% nəqliyyat və anbar təsərrüfatı, 3,6% istirahət, əyləncə və incəsənət, 3,5% peşə, elmi və texniki fəaliyyət, 1,8% inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,7% informasiya və rabitə, 1,7% maliyyə və sığorta fəaliyyəti, 1,5% turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1% daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1% digər sahələrdə çalışıb.