• İQTİSADİYYAT

    11:40 9 dekabr 2022

Nağdsız əməliyyatlara görə geri qaytarılan ƏDV 17,5 faizə qaldırılır

Nağdsız əməliyyatlar stimullaşdırılacaq.

ONA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan əlavə dəyər vergisinin (ƏDV) nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılması təklif olunur.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR