Azərbaycanın mobil rabitə operatoru olan “Nar” şirkəti bu ilin ikinci yarısında öz mobil əlavəsini təqdim edəcək. ONA-nın xəbərinə görə, bunu şirkətin ilin yekunlarına həsr olunan konfransda “Nar”ın marketinq üzrə direktoru Qəhrəman Kazımov deyib.
Onun sözlərinə görə, bu layihə cari ildə həyata keçiriləcək ən iri layihələrdən biridir: "Bizim bütün kommersiya strategiyamız müştərilərə rahat xidmət təqdim etməkdən ibarətdir. Sözügedən "Virtual hesab" mobil əlavəsi vasitəsi ilə abunəçilər çox asanlıqla nömrələrinə aid hesablarını müştəri xidmətlərinə getmədən özləri idarə edə biləcəklər".