• İQTİSADİYYAT

    16:12 26 aprel 2019

"Naxçıvan Bank"ın mənfəəti azalıb

"Naxçıvan Bank" cari ilin ilk rübü üzrə maliyyə hesabatını açıqlayıb.

ONA bankın hesabatına istinadən xəbər verir ki, "Naxçıvan Bank"ın xalis mənfəəti ötən ilin sonu ilə müqayisədə bu il 79,4% azalaraq 1,117 mln. manat təşkil edib.

Hesabat dövründə bankın aktivləri ötən ilin sonu ilə müqayisədə 2,3% azalaraq 196,541 mln. manat olub. Öhdəlikləri isə 4,8% azalaraq 112,606 mln. manat təşkil edib. Bankın kredit portfeli 4,4% artaraq 677,3 mln. olub.

Ötən ilin yanvar-mart ayı ilə müqayisədə bu ilin 1-ci rübündə bankın cəmi kapitalı 1% artaraq 79,345 mln. manat, məcmu kapitalı isə 1,5% artaraq 78,889 mln. manat olub.

Cari ilin 1-ci rübündə bankın faiz gəlirləri 78,3% azalaraq 1,511 mln. manat, faiz xərcləri 72% azalaraq 1,204 mln. manat, qeyri-faiz gəlirləri 82,4% azalaraq 7 mln. manat, qeyri-faiz xərcləri isə 74% azalaraq 9,381 mln. manat olub.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR