Bu ilin martən 1-nə Naxçıvan Muxtar Respublikasının banklarında açılmış hesabların sayı 80 520-yə çatıb ki, bunun da 70 712-si və ya 87,8%-i aktiv hesablardır. ONA Naxçıvan MR Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-fevral aylarında açılmış 3 099 bank hesabının 3 081-i aktiv hesablar olub. Muxtar Respublikada quraşdırılmış POS-terminalların sayı 1 mart 2019-cu il tarixə 1 272-yə çatıb.