Aprelin 1-nə olan göstəricilərə əsasən, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan 481,1 mln ton. neft hasil edilib. ONA-ın xəbərinə görə, ONA-nın xəbərinə görə, bunu SOCAR-ın IV Beynalxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya" forumunda çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.
Nazirin sozlərinə görə, yataqlardan indiyədək 156,2 mlrd. kubmetr qaz hasil edilib. Ölkədə ilin birci rübündə 9,7 mln ton hasil edilən neftin 6,9 mln tonu AÇG-də hasil edilib, 3,2 tonu isə ixrac olunub. Yataqların gələcəkdə də işlənilməsi Azərbaycanın neft-qaz sektorunun inkişafına öz tohfəsini verməkdə davam edəcək.