• İQTİSADİYYAT

    16:03 18 mart 2019

Nazir: "Azərbaycan gələn ay OPEC+ öhdəlikləri çərçivəsində fəaliyyətini yaxşılaşdırmaq niyyətindədir"

Azərbaycan gələn ay OPEC+ öhdəlikləri çərçivəsində fəaliyyətini yaxşılaşdırmaq niyyətindədir. ONA-nın məlumatına görə, bu barədə mətbuat konfransı zamanı ölkənin energetika naziri Pərviz Şahbazov deyib.

Nazirin sözlərinə görə, Azərbaycan bu müqavilə çərçivəsində öhdəliklərini hələ tam yerinə yetirməyib, lakin bu istiqamətdə işlər fəal şəkildə aparılır. Bu, aprel ayında rəqəmlərin yaxşılaşacağını gözləməyə imkan verir.

Nazir onu da qeyd edib ki, Azərbaycan daim OPEC+ çərçivəsində öz öhdəliklərini yerinə yetirib və bu əməkdaşlıq davam edəcək.

Nicat

Teqlər:

SON XƏBƏRLƏR