Azərbaycan və İran arasındakı əlaqələr sərmayə qoyuluşunda uğurla inkişaf edir. ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Nazir İran-Azərbaycan ticarət əlaqələrinin sürətli inkişaf dövrünü yaşadığını qeyd edərək bildirib ki, 2018-ci ildə ötən illə müqayisədə ticarət dövriyyəmiz 74% artıb. Bu ilin ilk iki ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə ticarət dövriyyəsi 4 dəfədən çox artıb: “Bu gün aparılan müzakirələr, o cümlədən özəl sektorun iştirakı ilə keçirilən müzakirələr bu imkanların aşkar olunmasında gələcəkdə daha da yüksək nəticələrin əldə olunmasında böyük rol oynayacaq”.