• İQTİSADİYYAT

    12:18 29 aprel 2019

Nazir: "Azərbaycan və Xorvatiya arasında yüksək səviyyəli iqtisadi əlaqələr var"

“Azərbaycan və Xorvatiya arasında yüksək səviyyəli iqtisadi əlaqələr var”.

ONA-nın məlumatına görə, bunu Xorvatiyanın xarici işlər naziri Mariya Peyçinoviç Buriç Azərbaycan-Xorvatiya biznes forumunda deyib.

Nazir bildirib ki, Xorvatiya hökuməti 2013-cü ildə Azərbaycan hökuməti ilə strateji əməkdaşlıq müqaviləsi imzalayıb: “Azərbaycandakı iqtisadi artımı yüksək dəyərləndiririk. Bu artım göz qabağındadır".

O, belə biznes forumların ikitərəfli iqtisadi əlaqələrin inkişafında oynadığı rolun əhəmiyyətini vurğulayıb: "İki ölkə arasında tərəfdaşlıq inkişaf edir. Xorvatiya və Azərbaycan şirkətləri iqisadi razılıqlar əldə edib".

Nazir bildirib ki, forumda Xorvatiyanın ticarət palatası, turizm sahəsinin nümayəndələri iştirak edir. Onun sözlərin görə, forum ikitərəfli səfərlərin çoxalmasına da təsir edəcək.

"Xorvatiya azərbaycanlı investorların üzünə açıqdır. Xorvatiyaya sərmayə qoymağın bir çox səbəbi var - Xorvatiyada vergi yükü 32 faiz aşağıdır, bir çox güzəşt mövcuddur, yük daşımalar sistemi inkişaf edib, peşəkar işçi qüvvəsi var",- deyə Buriç bildirib.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR