Azərbaycanda filiz və qeyri-filiz resurslarına dair geniş proqram hazırlanır. ONA-nın xəbərinə görə, ONA-ın xəbərinə görə, bunu SOCAR-ın IV Beynalxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya" forumunda çıxış edən Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.
Onun sözlərinə görə, maraq göstərən şirkətlər və investorlar qeyd olunan sahə üzrə ölkədə aparılacaq işlərə cəlb olunacaq.
"İcra olunan böyük infrastruktur layihələrdə elə bir sistem qurulmalıdır ki, Azərbaycanın təbiətinə, Xəzərin təbiətinə, bizim qonşularımızın, xüsusən də Mərkəzi Asiya, Gürcüstan, Türkiyə ölkələrinin təbiətlərinə vurulan təsirlər minimuma endirilsin", - deyə nazir bildirib.