Cari il ərzində özünüməşğulluq proqramının daha da genişləndirilməsi nəticəsində sözügedən proqram 10 min insanı əhatə edəcəyi gözlənilir. ONA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazirin sözlərinə görə, özünüməşğulluq proqramı ötən il 7 200 insanı cəlb edib və bu günədək 6 000 ailəyə aktivlər paylanılıb: "Növbəti ildən isə Dünya Bankının krediti hesabına maliyyələşdiriləcək əlavə bir layihənin icrasına da başlanılacaq ki, ailələrin sayı 15 minə çatdırılacaq".