• İQTİSADİYYAT

    16:49 28 mart 2019

Nazir: "Azərbaycanda şəhid vərəsələrinə vəsaitlərin ödənişi davamlı olacaq"

Azərbaycanda 7,8 mindən çox şəhid vərəsələrinə vəsaitlər ödənilib və bu proses davamlı olaraq aparılacaq. ONA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, Novruz bayramı ərəfəsində 1,2 min şəhidin 1,9 min vərəsəsinə ödənişlər həyata keçirilib: "Biz düşünürük ki, cari ilin sonunadək bu ödənişlər tam şəkildə yekunlaşdırılacaq”.

Nazir onu da qeyd edib ki, ölkə başçısının müvafiq fərmanı ilə polis şəhidlərinin vərəsələri bu fərmanın icra çərçivəsinə daxil edilib və onların müvafiq siyahısı Daxili İşlər Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub.

"Onlar da artıq elektron sistem üzərindən müraciət edərək vəsait ala bilirlər. Hazırda 400 polis şəhidin vərəsələrinə ödənişlər edilib", - deyə nazir bildirib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR