“Bu ilin birinci rübündə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 13 faiz artıb. Eyni zamanda bütün növ pensiyalar 5 faiz artıb”.
ONA-nın məlumatına görə, bunu bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Heydər Əliyev və sosial siyasət” mövzusunda keçirilən tədbirdə bildirib.
S.Babayev deyib ki, bu ilin birinci rübündə əmək müqavilələrinin sayı 65 min, bu günə kimi isə 82 min artıb: “Bu da əmək münasibətlərinin leqallaşdırılması sahəsində mühüm irəliləyişdir”.