Rusiya Azərbaycanla ticarət əlaqələrinin genişləndirilməsində maraqlıdır. ONA-nın xəbərinə görə, bunu Rusiya sənaye müəssisələrinin Azərbaycanda işgüzar missiyası çərçivəsində təşkil olunan tədbirdə Rusiyanın sənaye və ticarət naziri Denis Manturov deyib.
Nazirin sözlərinə görə, ölkələr arasında olan əlaqələrin genişləndirilməsi ilə bərabər mövcud olan nomenklaturanın genişləndirməsi, yeni növ məhsulların da bu siyahıya qalması önəmli məqamlardandır.
"Əlaqələrin genişləndirilməsi ilə bağlı bir çox imkanlar mövcuddur. Söhbət istehsal sahəsində əməkdaşlıqdan gedir. İlk növbədə yüksək texnologiyalar sahəsində. Bunların siyahısına neft-qaz sektoru, energetika, kənd təsərrüfatı və qida maşınqayırması, avtomobil və kimya sənayesi və bir sıra digər vacib sahələr daxildir. Еəklif edirik, bura informasiya texnologiyaları sahəsini də daxil edək”, - deyə nazir bildirib.
Nazir onu da qeyd edib ki, Azərbaycanda mövcud olan istehsalat Rusiyaya digər bazarlara da çıxmağa imkan yaradacaq.