Əlilliyin təyini olunması ilə bağlı yeni meyarlar yaxın günlərdə Azərbaycan parlamentinə təqdim olunacaq. ONA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazirin sözlərinə görə, hökumət daxilində aidiyyəti qurumlarla artıq sənəd üzrə müzakirələr aparılıb.
S. Babayev onu da qeyd edib ki, əlilliyin təyin olunması ilə bağlı yeni meyarlar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri, Avropa İttifaqı ölkələri və inkişaf etmiş ölkələrin təcrübələri əsasında işlənilib: "Bu, ümumi bir qanunvericilik paketidir və bu qanunvericilik paketi yaxın günlərdə parlamentə təqdim olunacaq".