• İQTİSADİYYAT

    13:35 14 mart 2019

İranlı nazir: "Əlaqələri genişləndirmək üçün ən optimal yol müştərək müəssisələrin yaradılmasıdır"

İranın bazarı Azərbaycan investorları üçün tam açıqdır və İran tərəfi mövcud əlaqələri genişləndirmək üçün ən optimal yol kimi müştərək müəssisələrin yaradılmasını görür.

ONA-nın məlumatına görə, bunu İranın iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd Azərbaycan-İran biznes və investisiya forumu çərçivəsində çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu əlaqələr hər iki tərəfin tələblərinə uyğun qurulmalıdır.

"2018-ci ildə İranla Azərbaycan arasındakı ticarət əlaqələri 74% artıb, bu əlaqələri daha da inkişaf etdirmək üçün böyük potensial mövcuddur. İranla Azərbaycan arasında olan əlaqələr çox yüksək səviyyədə inkişaf edir. Son 5 ildə ölkə başçılarımız 12 dəfə görüşüblər. Bir sıra yüksək səviyyəli nümayəndə heyətlərinin görüşləri baş tutub. Bütün bunlar çox böyük və geniş əlaqələrin olduğunun bariz nümunəsidir", - deyə iranlı nazir bildirib.

Nazir əlavə edib ki, iki ölkə arasında su və hava nəqliyyatı sahələrində də əlaqələri genişləndirmək üçün böyük potensial mövcuddur: "Ticarət əlaqələrinə gəldikdə isə, biz müştərək bağlantı yaratmaqla daha geniş bazarlara çıxmağımızı fikirləşməliyik. Eləcə də biz maliyyə və bank sahəsində yeniliklərə imza ata bilərik", - deyə nazir vurğuladı.

İran gömrüyünün mövcuddur problemlərindən danışan nazir qeyd edib ki, bu problemləri çox qısa zamanda həll etmək mümkün olacaq.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR