• İQTİSADİYYAT

    09:47 30 may 2019

Nazir: "Gələn il Azərbaycanda ümumi qaz hasilatı 40 mlrd. kubmetri ötəcək"

Gələn il Azərbaycanda ümumi qaz hasilatı 40 mlrd. kubmetri ötəcək.

ONA-nın məlumatına, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Cənub Qaz Dəhlizinin yaradılması çərçivəsində mühüm addımlar atıb və aparılan işlər artıq öz nəticəsini göstərir.

Dəhlizin bir hissəsi olan Trans-Anadolu qaz kəməri ilə indiyədək Türkiyəyə 1,8 mlrd. kubmetr qaz nəql edilib.

Nazirin sözlərinə görə, 2019 ildə "Şahdəniz" yatağının işlənilməsi çərçivəsində 2018-ci il ilə müqayisədə hasilatın 6 mlrd. kubmetr, 2020-ci ildə isə 8,5 mlrd. artacağı gözlənilir.

Emil

Teqlər:

SON XƏBƏRLƏR