Azərbaycan üzrə fərdi sahibkarların təqribən 20%-ni qadınlar təşkil edir. ONA-nın məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
Nazir müavininin sözlərinə görə, Sahibkarlığın İnkişafı Fondu tərəfindən indiyədək 5 800-dən çox gənc sahibkara 464,2 mln. manat, 4 200-dən çox qadın sahibkara 109,1 mln. manat və 2 100-dən çox məcburi köçkün sahibkara 47,8 mln. manat güzəştli kredit verilib.