• İQTİSADİYYAT

    16:13 21 may 2019

Nazir müavini: "Azərbaycanda qeydiyyatdan keçən sahibkarların sayı 990 mini ötüb"

Azərbaycanda qeydiyyatdan keçən sahibkarların sayı 990 mini ötüb. ONA-nın xəbərinə görə bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, bu göstərici sahibkarlığın iqtisadi inkişafda rolunun artması deməkdir.

Ölkədə formalaşmış ixrac potensialından bəhs edən nazir müavini bildirib ki, bu, ona əsas verir ki, ölkədə istehsal olunan məhsullar həm yerli istehlak bazarını təmin etsin, həm də xarici bazarlara çıxarılsın.

"Əsas hədəflərdən biri məhz xarici bazarlara rəqabət qabiliyyətli və ixracyönümlü məhsullar çıxarmaqdır", - deyə nazir müavini bildirib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR