Azərbaycanda sahibkarlığın ÜDM-də payı 84%, məşğulluqda isə 76% təşkil edir. ONA-nın xəbərinə görə, bunu Qadın sosial sahibkarlıq forumunda çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
Onun sözlərinə görə, bu kontekstdə xüsusilə qadın sahibkarlığının inkişafı məsələləri qeyd olunmalıdır.
"Bu sahədə ictimai fəaliyyətin artırılması, məsələlərin ictimaiyyətləşdirilməsi baxımından qadın sahibkarlığı daha məqsədyönlü inkişafını təmin etmək və ictimai maraqları daha fokuslanmış qaydada həyata keçirmək və onların həllinə nail olmaq baxımından qadın sahibkarlığın inkişafı ilə bağlı assosiasiya yaradılıb və bu gün də assosiasiya çox fəal işləyir", - deyə nazir müavini bildirib.