Yevlaxda tikiləcək ehtiyat DATA mərkəzi mövcud olan potensialı bir qədər də artırmağa, Azərbaycanın kibertəhlükəsizlik səviyyəsini yüksəltməyə xidmət edəcək. ONA-nın məlumatına görə, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
Onun sözlərinə görə, hazırda “Tier3” standartına uyğun olan ehtiyat DATA mərkəzinin tikintisi üzrə işlərə başlanılıb.
"Qeyd edim ki, “Tier3” səviyyəsinin özü onu göstərir ki, bu DATA mərkəz artıq bu gün çox yüksək səviyyədə təhlükəsizliyi təmin edən bir mərkəzdir. Lakin ümumilikdə belə bir qayda mövcuddur ki, ilk mərkəzin bir neçə yüz kilometr məsafədə olan ehtiyat mərkəzi olmalıdır. Bu məqsədlə də Yevlaxda sözügedən mərkəzin tikintisi həyata keçirilir", - deyə nazir müavini bildirib.