• İQTİSADİYYAT

    12:39 22 aprel 2019

Nazir: OPEC+ formatında keçirilən danışıqlar müsbət nəticələrini verməkdədir

OPEC+ formatında keçirilən danışıqlar, qəbul edilən qərarlar öz müsbət nəticələrini verməkdədir və neftin qiymətinin həm sabitləsməsi, həm də müəyyən qədər yüksəlməsi bunun nümunəsidir.

ONA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, iyun ayında keçiriləcək OPEC-in nazirlər konfransına qədər olan vəziyyət dərindən təhlil ediləcək və ümumi neft bazarında vəziyyət qiymətləndiriləcək.

"Düşünürəm ki, iyun ayında neft bazarının gələcəkdə də sabit qalması üçün lazımi qərarlar qəbul ediləcək", - deyə nazir qeyd edib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR