• İQTİSADİYYAT

    12:53 18 mart 2019

Nazir: "OPEC+ sazişinin uzadılmasına dair qərar iyunda qəbul oluna bilər"

OPEC+ sazişinin uzadılmasına dair qərar aprel ayında deyil, iyunda qəbul oluna bilər. ONA-nın məlumatına görə, bunu Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih Bakıda keçirilən OPEC və qeyri-OPEC ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, OPEC+ sazişinin 2019-cu ilin ikinci yarısı üçün uzadılması məsələsini apreldə müzakirə etmək çox tezdir: “Qərar, çox güman ki, iyun ayında qəbul ediləcək. Kommersiya neft ehtiyatları artmaqdadır və neft bazarında hələ d dolğunluq müşahidə olunur. Neft ehtiyatlarının artımı dayansa belə, bazarda balansa qayıtmalı lazım olacaq”.

Nazir onu da əlavə edib ki, artıq neft ehtiyatlarını bazardan çıxarmaq üçün OPEC+ üzv ölkələrinə bir neçə ay lazım olacaq.

Nicat

Teqlər:

SON XƏBƏRLƏR