• İQTİSADİYYAT

    11:57 22 aprel 2019

Nazir Pərviz Şahbazov: "Azərbaycan neft qiymətinin sabitləşdirilməsi prosesinin fəal iştirakçısıdır"

Azərbaycan neft qiymətinin sabitləşdirilməsi prosesinin fəal iştirakçısıdır. ONA-nın xəbərinə görə, bunu SOCAR-ın IV Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya" forumunda çıxış edən Azərbaycanın Energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, martda Bakıda ilk dəfə OPEC tədbirinin keçirilməsi Azərbaycanın neft ölkəsi kimi tarixi və müasir roluna verilən qiymətin göstəricisidir.

Qeyd edək ki, Azərbaycan OPEC+ çərçivəsində neft hasilatın stabil səviyyədə saxlanılması təşəbbüsünün iştirakçılarından biridir.

Nazirin qeyd edib ki, ötən il mənfəət neft və qaz sahəsindən alınan təxminən 9,8 mlrd. dollar Azərbaycanın bu prosesə qoşulmasının nə dərəcədə doğru qərar olduğunu sübut edir. İyun ayında bu təşəbbüsün uzadılması da bəzi geosiyasi və kommersiya neft ehtiyatlarının səviyyəsindən asılı olacaq.

Emil

Teqlər:

SON XƏBƏRLƏR