Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən OPEC və qeyri-OPEC ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasının yekunlarına dair təşkil olunan mətbuat konfransında sözügedən tədbirin vacibliyini vurğulayıb, ONA-nın məlumatına görə, nazir bildirib ki, Azərbaycan dünyada karbohidrogenlərin əsas istehsalçısı olmasa da, ölkə qlobal səviyyədə enerji təhlükəsizliyinin təmin olunmasında öz rolunu oynayır: "Bundan əlavə, ölkə regionda enerji istehsalında mühüm rol oynayır".