• İQTİSADİYYAT

    12:07 13 mart 2019

Nazir Ramin Quluzadə: "Azərbaycanda kibertəhlükəsizlik strategiyası hazırlanıb"

Azərbaycanda kibertəhlükəsizlik strategiyası hazırlanıb və hazırda təsdiq olunma mərhələsindədir. ONA-nın xəbərinə görə, bunu 6-cı regional İnternet İdarəçilik Forumu çərçivəsində çıxış edən Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.

Onun sözlərinə görə, ölkədə informasiya təhlükəsizliyi üzrə Koordinasiya komissiyası yaradılıb və müvafiq qanunvericilik bazası formalaşdırılıb.

"İnternet İdarəçilik Forumu öz ətrafında bütün maraqlı tərəfləri birləşdirməklə milli, regional və qlobal səviyyədə mövcud olan məsələlərin müzakirəsində mühüm rol oynayır. Bu gün ölkə əhalisinin 80%-dən çoxu internet istifadəçisidir. Onların 76%-i isə genişzolaqlı internetdən istifadə edir. Mobil internet geniş tətbiq olunur, sosial şəbəkələrdən istifadə edənlərin sayı artır. Dünya İttifaqı Forumunun 2018-ci il üzrə Qlobal rəqabətlilik hesabatında Azərbaycan internet istifadəçilərinin sayına görə 140 ölkə arasında 36-cı yeri tutur, MDB ölkələri arasında isə bu göstəriciyə görə liderdir", - deyə nazir bildirib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR